
546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,6 milyon manat güzəştli kredit verilib
Cari ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,6 milyon manat güzəştli kredit verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu kreditlər hesabına investisiya layihələri üzrə 1009 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu müddət ərzində verilmiş kreditlərin 97,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1 faizi sənaye məhsullarının istehsalı və emalı, 13,7 faizi digər sahələrə verilib”, – deyə nazir qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Mikayıl Cabbarov: “23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır” – FOTO
“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə […]
-
Suvarma sistemində yenilik: “Buğda ilə təminat səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb” – FOTO
“Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla yeni mexanizmlər […]
-
“Yaxın müddətdə taxılın idxalından asılılığımız maksimum dərəcədə azalacaq” – Deputat
Ötən gün Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı dünyada […]