48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

məşğulluq tədbirləri

48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 48243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan  17640 şəxs münasib işlərlə təmin edilib, 6157 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 2062 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

7 ay ərzində 22384 şəxs isə peşəyönümü tədbirlərə cəlb olunub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top