
37 dərəcə qızdırmanı heçə sayıb işləyənlərin diqqətinə
Xəstəlik zamanı bədənin hərarətinin bir dərəcə artması çox vaxt qızdırmadan daha pis keçir. Çünki insan eyni ritmdə yaşamağa davam etməyə çalışır, bununla da simptomları ağırlaşdırır.
Bu barədə rusiyalı tibb elmləri namizədi, allerqoloq-immunoloqu Darya Jukova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bədən istiliyinin artması ilə infeksiyaya qarşı immunitetin işi aktivləşir, həm də patogenlər özləri zəifləyərək ölürlər.
İmmunoloq bildirib ki, titrəmə, tərləmə, əzələ və oynaq ağrıları, ümumi zəiflik, yorğunluq, baş ağrısı kimi ümumi simptomlar bakterial və virus toksinlərin təsirinin nəticəsidir.
“Görünən simptomlar nadir hallarda hərarətlə bağlı olur”, – deyə o bildirib.
Həkim onu da qeyd edib ki, insanların 37-37,5 temperaturun yüksək hərarətdən daha pis olduğunu düşünməsinin səbəbi sırf psixolojidir.
“Aşağı temperaturda insanın işləməyə, oxumağa, aktiv vaxt keçirmək üçün iradəsi var, beləliklə xəstələr eyni ritmdə yaşamağa davam etməyə çalışırlar. Ancaq bu, xəstəliyin əlamətlərini artırır, hətta adi tapşırıqları yerinə yetirmək çətinləşir”, – deyə Jukova bildirib.
Həkim əlavə edib ki, buna görə də ayaqüstü yüngül hərarət yataqda keçirilən yüksək temperaturdan daha pis təsir edir.
Mənbə: Gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Yüzlərlə alim süni intellektin dayandırılması üçün imza topladı: “Hökumətlər işə qarışmalıdırlar!”
Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə bağlı məktub imzalayıb. Məktubda süni intellekt […]
-
Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir telefonla işdən qovuldu
“Walt Disney” şirkəti xərclərin azaldılması kampaniyası çərçivəsində “Marvel Entertainmentin sədri İsaak Perlmutteri istefaya göndərib. Onun […]
-
2023-cü ilin ən yaxşı Hollivud stilistləri açıqlanıb – FOTO
“The Hollywood Reporter” 2023-cü ilin ən yaxşı Hollivud stilistlərinin siyahısını tərtib edib. Müvafiq material nəşrin […]