2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 sentyabr 2024-cü il tarixli 40 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı 4 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, yuxarıda adıçəkilən dairə seçki komissiyası tərəfindən ona səsvermənin nəticələri haqqında protokolun surətinin verilməsindən imtina edilməsini bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.
Seçki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri səsvermənin nəticələri haqqında protokolların surətini almaq hüququna malikdirlər. Seçki Məcəlləsinin 100.11-ci maddəsinin tələbinə görə, buna hüququ olan şəxslərə verilən seçki komissiyalarının protokollarının surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq etməlidir.
Göstərilənlərlə müəyyən edilir ki, 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızının şikayəti əsaslı olduğundan təmin edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 40.2-ci və 100.11-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızının 4 sentyabr 2024-cü il tarixli 40 saylı müraciəti əsaslı olduğundan təmin olunsun, səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun surətinin namizədə verilməsi həmin dairə seçki komissiyasına həvalə edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]