200 ildir itmiş hesab olunan ağac tapıldı: Dünyada cəmi dörd ədəddir – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

200 ildir itmiş hesab olunan ağac tapıldı: Dünyada cəmi dörd ədəddir – FOTO

Braziliyada əbədi olaraq itdiyi güman edilən holli ağacı (“Ilex sapiiformis”) yenidən kəşf edilib. Dünyanın tanınmış botanikləri son 186 il ərzində onun axtarışı ilə məşğul olublar. Nəhayət iki əsr sonra bu növdən dörd ədəd tapılıb.

Holli sonunsu dəfə 1838-ci ildə təbiətşünas Corc Qardner tərəfindən görülüb. Həmin vaxtlar Braziliyanın Atlantik tropik meşələri indi bildiyimizdən qat-qat geniş olub – bu gün həmin ərazinin təxminən 85 faizində meşələr qırılıb.

Bundan əvvəl əbədi olaraq itmiş hesab olunan hollilərin hamısı İqarassuda şəhərində aşkar edilib. Alimlər hesab edirlər ki, bu ağaclar “Ilex sapiiformis”in bütün planetdəki son nümayəndələridir.

Heç bir ciddi dəlil olmasa da, elm adamları hələ də ümid edirlər ki, aşkar edilən dörd ağac öz növünün sonuncuları deyil. Gələcəkdə elm adamlarını bu nümunələri mümkün qədər qorumaq və onların çoxaltma proqramını qurmaq kimi çətin işlər gözləyir.

Mənbə: IFLScience

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top