125 milyon illik yeni dinozavr növünün fosili tapılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

125 milyon illik yeni dinozavr növünün fosili tapılıb

Bakı, 12 iyul, AZƏRTAC

Böyük Britaniyanın Uayt adasında qazıntı zamanı tapılan tabaşir dövrünə aid fosillərin yeni dinozavr növünə aid olduğu açıqlanıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl də mühüm fosil kəşflərinin edildiyi Uayt adasındakı Kompton körfəzində tapılan qalıqları araşdıran tədqiqatçılar, sümüklərin təxminən 125 milyon il əvvəl dinozavrların quruda hakim olduğu tabaşir dövrünə aid olduğunu deyiblər. Onlar fosillərin yeni bir növə aid olduğunu ehtimal edirlər.

Tədqiqatçılar fosili tapılan otyeyən dinozavrın paleontoloqlar tərəfindən çox vaxt “Tabaşir dövrünün inəkləri” olaraq təyin edilən “iquanodontians” ailəsinə aid olduğunu bildirərək qalıqları tapan Nik Çeysin şərəfinə dinozavrı “comptonatus chasei” adlandırıblar.

Tədqiqatın baş müəllifi Portsmut Universitetinin üzvü Ceremi Lokvud tapılan növün Amerika bizonu qədər böyük və ağır olduğunu vurğulayıb: “Fosilin tapıldığı ərazinin yaxınlığında aşkar edilən ayaq izləri, növün yeni bir növ ola biləcəyini göstərir. Bu kəşf İngiltərədə tabaşir dövründə növlərin müxtəlifliyini sübut edir. Təxminən bununla əlaqədar 150 sümük tapılıb. Bu, yeni növ sayılır və Britaniyada son 100 ildə tapılan ən tam skeletə malik dinozavrdır”.

Araşdırmanın bütün təfərrüatları “Journal of Systematic Paleontology” jurnalında dərc olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top