​Rusiyada iki ilə bankların 1/4-i bağlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

​Rusiyada iki ilə bankların 1/4-i bağlanıb

Son iki il ərzində Rusiyada fəaliyyət göstərən kommersiya banklarının sayı 24% azalıb. Economic.Az bildirir ki, “Report”,  TASS agentliyinə istinadən verdiyi xəbərə görə, fəaliyyətini dayandıran əsasən aktivlərinin həcminə görə ortaölçülü banklar olub. Məlumatı “Sberbank”ın baş analitiki Mixail Matovnikov açıqlayıb. O bildirib ki, 2014-cü ilin əvvəlindən 2016-cı ilin may ayına qədər bankların sayı 225 vahid və ya 24,4% azalaraq 697-ə enib.

M.Matovnikov həmçinin qeyd edib ki, problemlər böyük banklarda da var və bunun səbəbi 2015-ci ildən etibarən maliyyə bazarlarında oyun qaydalarının dəyişməsi ilə bağlıdır. Belə ki, bu il yanvarın 21-də Rusyanın əsas banklarından biri olan “Vneşprombank”ın lisenziyası ləğv olunub. O, bank sektorunda baş verənlərin iqtisadiyyata baha başa gəldiyini və bankların yenidən kapitallaşmasına 1 trln. rubl (150 mlrd. dollar), “Vneşprombank”ı da əlavə etsək 1,8 trln. rubl (270 mlrd. dollar) sərf edildiyini bildirib. Ümumilikdə isə 2014-2015-ci illərin bank böhranı iqtisadiyyatın 3,4% azalması dəyərinə başa gəlib.

“Sberbank” və “Moody’s” beynəlxalq reytinq agentliyi 2016-cı ildə Rusiyada hər 10 bankdan birinin lisenziyasını itirəcəyini proqnozlaşdırır. Rusiya Bankından (Mərkəzi Bank) bildirilib ki, bank sektorunun təmizlənməsi tədbirləri 2017-ci ildə sona çatacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top