Ziba Mustafayeva: Bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ziba Mustafayeva: Bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur

Bakı, 6 iyun, AZƏRTAC

Üç il əvvəlki nəticə ilə müqayisədə bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun ikinci günündə “Uğurlu enerji keçidində insan kapitalının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Z.Mustafayeva qeyd edib ki, SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb. Bakı Ali Neft Məktəbində də son illər xanım məzunların sayında böyük artım görürük”.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top