Zelenski: Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO sammitinə dəvət almayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Zelenski: Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO sammitinə dəvət almayıb

Kiyev, 15 iyul, AZƏRTAC

Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO-nun sonuncu zirvə görüşünə dəvət almayıb. Eyni zamanda, dəstək məsələsi maksimum dərəcədə yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəsi NATO-ya üzvlüyü müharibə bitən kimi əldə edəcək. Zelenski qeyd edib ki, bunun üçün hərbi-siyasi birliyin bütün üzvlərinin konsolidasiya edilmiş qərarının olması zəruridir.

“Ona görə də mən hesab edirəm ki, NATO-nun bu sammitində Ukrayna bizim əldə edə biləcəyimiz maksimumu əldə edib”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Alyansın iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən sammiti zamanı Ukrayna NATO-ya dəvət almayıb. Eyni zamanda, müttəfiqlər yekun kommyunikedə bəyan ediblər ki, ölkənin bloka gedən yolu dönməzdir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top