Zelenski Rusiyanın Xarkovu müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Zelenski Rusiyanın Xarkovu müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb

Zelenski Rusiyanın Xarkovu müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb

Kiyev, 9 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xarkov şəhəri və vilayəti atəşə tutduğu hədəfin səbəbini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciətində məlumat verib.

“Rusiyanın məqsədi tamamilə aydındır – onlar insanları Xarkovdan, regiondan qovmaq üçün hər şeyi etmək istəyirlər”, – deyə Zelenski əlavə edib.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna mümkün qədər çox şəhər və yaşayış məskənini Rusiya təcavüzündən qorunması üçün mümkün olmayan hər şeyi etməlidir.

Qeyd edək ki, Rusiya Xarkovu gecə-gündüz müntəzəm atəşə tutmaqda davam edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top