Zahid Oruc: Azad edilmiş ərazilərdə yerli özünüidarə ilə bağlı islahatları dərinləşdirməyə ehtiyac var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Zahid Oruc: Azad edilmiş ərazilərdə yerli özünüidarə ilə bağlı islahatları dərinləşdirməyə ehtiyac var

Bakı, 5 iyun, AZƏRTAC

Vətən müharibəsində Qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” kitabının təqdimatında söyləyib.

O bildirib ki, son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top