MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

5ef9e50984a0d_15934341011575111768_1000x669

Yüzdən çox ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə səfər edə biləcəklər

Dünyanın 113 ölkəsinin vətəndaşları 2021-ci il yanvarın 1-dən etibarən Rusiyaya elektron viza ilə səfər edə biləcəklər.
Economic.az AZƏRTACa istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov bildirib.
O deyib ki, Rusiya hökuməti 2021-ci il yanvarın 1-dən elektron vizanın tətbiqinə başlanılması planını təsdiq edib. Elektron vizadan istifadə edə biləcək ölkələrin siyahısına Türkiyə, Hindistan, Çin, Avropa İttifaqı ölkələri və s. daxildir. Hazırda 60 ölkənin vətəndaşlarının Rusiyaya vizasız gəlmək hüququ var.
Nazir müavini xatırladıb ki, Rusiyanın xarici ölkələrdəki konsulluqları hər il təxminən 1,5 milyon viza verirlər. Rusiyaya gəlmək üçün konsulluq xərcləri isə 50 dollardan çox olmayacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top