![](http://economic.az/uploads/2024/06/17179380722607732370_1200x630.jpg)
Yunan adasında itkin düşən britaniyalı teleaparıcı ölü tapılıb
London, 9 iyun, AZƏRTAC
Yunanıstanın Simi adasında itkin düşən altmış yeddi yaşlı britaniyalı teleaparıcı Maykl Mosli ölü tapılıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, o, çərşənbə günü qızmar istidə sahil yolu ilə təkbaşına gəzintiyə çıxdıqdan sonra itkin düşmüşdü. Polis rəsmiləri bu gün onun cəsədinin qayalıq və dənizə yaxın ərazidə tapıldığını bildirib. Onun hər hansı qəza keçirib-keçirmədiyi və ya özünü pis hiss edib-etmədiyi bəlli deyil.
Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, “This Morning” və “The One Show” kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan “Trust Me, I’m A Doctor” proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]