Hazırda 257 min abunəsi olan Barbu həftəlik olaraq yüklədiyi videolarda gündəlik təcrübələrini paylaşır. 100 min görüntülənməyə sahib 20-dən çox videosu olan Barbu videoların 500-1000 dollar arası bir gəlir gətirdiyini bildirir. Videolardan əldə edilən gəlir isə reklam sayına görə fərqlənir.
1 milyon baxış: 2.000- 40.000 dollar
Youtube kanalları fərqlidir. Hər kanalın demək olar ki, özünə məxsus tərzi və kontenti var. Kontentlər fərqli olduğu kimi onlardan gələn gəlir də fərqlənir. Fərqli kontent istehsal edən kanal sahiblərinin bəziləri 1 milyon baxışa görə 2000 dollar qazandığı halda bəzilərində bu rəqəm nə az nə çox 40000 dollara qədər yüksələ bilir…
1.7 milyon abunəyə sahib olan Magiko Marina 1 milyon izlənmədən 10 min dollar gəlir etdiyi halda 844 min abunəli Kevin David 40 min dollar əldə edib. 165 min abunəsi olan Austen Alexander 6 min dollar qazandığı halda 1.4 milyon izləyicisi olan Shelby Church 1 milyon izlənən videolarından 2-5 min dollar arası gəlir əldə edib…
150 milyon baxış: 97 min dollar
Oyuncaq silahlarla bağlı videolar çəkən Paul Kousky PDK films adlı kanalında 10.9 milyon abunəyə sahibdir. Kousky-nin kanalında indiyə qədər ən çox gəlir əldə edən video isə Nerf Wardır. Dünya miqyasında viral olan video 150 milyon baxış əldə edərək AdSense üzərindən 97 min dollar gəlir əldə edib…/Lent.az