MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

yol

Yollarda sürət həddinə görə xüsusi elektron məlumat tabloları yerləşdiriləcək

Yollarda sürət həddinə görə xüsusi elektron məlumat tabloları yerləşdiriləcək. Bu məsələ ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq. 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğunlaşdırılacaq, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılacaq. Həmçinin təhlükəli yol sahələrində sürət həddi meyarları qanunvericilikdə təsbit ediləcək, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla da sürət həddi optimallaşdırılacaq. Bununla yanaşı, təhlükəli yol sahələrində müəyyənləşdirilən sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tabloları yerləşdiriləcək. Bu lövhələrin sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top