MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

velo

Yığma üzvümüz Dünya Velosiped Mərkəzində

ECONOMIC: Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Ayan Xankişiyevanın İsveçrənin Eqle yerləşən yerləşən Dünya Velosiped Mərkəzində (WCC – World Cycling Centre) ilin sonunadək təlim keçməsi barədə razılıq əldə olunub. Martın 8-dən etibarən İsveçrədə olan idmançımız burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara qatılmaqla öz ustalıq səviyyəsini artıracaq.

 Məlumat üçün bildirək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top