Yevlaxda 470 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yevlaxda 470 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib

Yevlax rayonunda payız-tarla işlərinin sürətlə davam edir. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri məhsul yığımını davam etdirir, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri aparırlar.

Economic.az xəbər verir ki, Yevlax Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin məhsulu üçün rayonda 11 min 585,7 hektar sahədə taxıl, 2500 hektarda pambıq, 63,3 hektarda qarğıdalı, 493,7 hektarda günəbaxan, 324,3 hektarda kartof, 290,4 hektarda tərəvəz, 16,2 hektarda lobya, 44 hektarda noxud, 18,9 hektarda darı, 105 hektarda bostan bitkiləri becərilib. Əvvəlki illə müqayisədə 793,6 ton çox olmaqla 22 min 506,6 ton buğda, 585 ton çox olmaqla 14 min 154 ton arpa istehsal edilib. Bundan başqa, bu günədək sahələrdən 411,4 ton qarğıdalı, 1160,2 ton günəbaxan, 1867,3 ton kartof, 4111,8 ton tərəvəz, 38,07 ton lobya, 88 ton noxud, 87 ton darı, 1372 ton bostan məhsulları, həmçinin 6376 ton meyvə və 1515,2 ton üzüm yığılıb. Hazırda rayonda tərəvəz, şəkər çuğunduru, pambıq və meyvə yığımı davam edir.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadə məqsədilə rayonda təkrar əkinlərin sahəsi genişləndirilir. Belə ki, məhsul yığımı başa çatmış sahələrdə payızlıq səpin üçün 8027 hektarda şum qaldırılıb. 139,9 hektarda cari ilin məhsulu üçün təkrar əkin aparılıb, 470 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Hazırda rayonda məhsul yığımı və payızlıq bitkilərin səpini davam edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top