Yevlax yun zavodunun nizamnamə kapitalı dəyişdiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yevlax yun zavodunun nizamnamə kapitalı dəyişdiriləcək

Fevralın 17-də “Yevlax-Yun” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Məlumata görə, yığıncaq saat 14.00-da Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin səhmlərinin nominal dəyərinin dəyişdirilməsi yolu ilə onun nizamnamə kapitalına dəyişiklik edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Yevlax-Yun” ASC 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2 390 796 manatdır.

Report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top