MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

istehsalci

Yerli istehsalçıların məlumat bazası yaradılacaq

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində ölkə ərazisində həyata keçirilən tədarük-təchizat sisteminin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı müşavirə keçirilib.

Qurumun İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov Səhmdar Cəmiyyətin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Bildirib ki, 2017-ci ili uğurlu nəticələrlə başa vuran qurum növbəti il üçün yerli istehsalçılardan 119 milyon manatdan artıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək dövlət satınalan təşkilatlarının tələbatına yönəldəcək.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 163 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib.

Eyni zamanda, daxili bazarın tələbatını ödəmək üçün regionlarda tədarük sistemi fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. İlin 8 ayının yekunlarına görə, dəyəri 72 milyon manat olan 31 min ton məhsul tədarük edilərək tələbata yönəldilib.

Müşavirədə çıxış edən Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, Tədarük və satışın koordinasiyası departamentinin müdiri Azər Ələkbərov payız mövsümündə tədarük-təchizat sisteminin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Qarşılıqlı müzakirələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yaxın xarici ölkə bazarlarına ixrac imkanlarının genişləndirilməsi, tədarük-satış zəncirinin gücləndirilməsi ilə bağlı mobil fəaliyyətin təşkili, daxili və xarici bazarlarda gedən qiymət tendensiyalarının izlənilməsi, yerli istehsalçıların məlumat bazasının yaradılması qərara alınıb.

Müşavirədə Səhmdar Cəmiyyətin regional bölmə əməkdaşları iştirak ediblər.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top