MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

image00010

“Yeni Nəsil 2.0” layihəsinin təqdimatı keçirildi

ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının
Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən
“Yeni Nəsil 2.0” (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsi çərçivəsində regionlarda görüşlər
baş tutub.
22 fevral – 7 mart tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və
Sabirabad rayonlarında “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “Yeni Nəsil 2.0”
layihəsinin təqdimatı keçirilib. Görüşlərin məqsədi layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması və
gənclərin layihəyə cəlb edilməsi olub.
Bölgələrdə baş tutan görüşlərdə Milli Məclisin deputatları, qeyd olunan regionların İcra Hakimiyyətinin
nümayəndələri, Gənclər və İdman İdarələrinin rəisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəsmi
nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin rəhbərləri, KOB Agentliyi
nümayəndəliyinin rəhbəri iştirak edib. Bakıda keçirilən görüş isə “Sabah” qrupları icra komitəsinin üzvləri,
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru,
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, “Bir” Könüllü proqramının rəhbəri,
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrinin iştirakı ilə baş tutub. Sözügedən görüşlər onlayn
və canlı formada keçirilmişdir.
Tədbirlərdə çıxış edən rəsmilər və qonaqlar çıxışları zamanı layihənin gənclər və qadınlar üçün
əhəmiyyətindən bəhs edərək gənc sahibkarların təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını, eləcə də
onların layihədə aktiv iştirak edəcəklərinə inandıqlarını qeyd ediblər. Sonda isə layihənin həyata
keçirilməsində “Youth Inc.” heyətinə uğurlar arzu ediblər.
“Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak
etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti,
innovativ ekosistemin yaradılması, “HoReCa” (Otel, restoran, keterinq), kənd təsərrüfatı və rəqəmsallaşma
layihənin əsas istiqamətlərini təşkil edir. Layihə 5 mərhələdən – “Başla” (“Seed Up”), “Komandanı yarat”
(“Team Up”), “Sürət” (“Accelerate Up”), “Yüksəliş” (“Raise Up”), “Hədəfə çat” (“Target Up”)
mərhələlərindən ibarətdir. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 3500 nəfərin müraciəti
dəyərləndirildikdən sonra toplanan və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini
artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. Burada iştirakçılara mentorlar və Avropa Gənc Sahibkarlar
Asossiasiyası (JEUNE) təmsilçiləri dəstək göstəcək. Son mərhələdə ən uğurlu komandalar münsiflər
heyətinin qərarı əsasında maliyyə dəstəyi əldə edəcək.
Layihədə iştirak etmək üçün: https://yeninesil.youthinc.az/

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top