Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq
Bakı, 23 iyun, AZƏRTAC
Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten ilkin həbs müddətini Fransadakı həbsxanalardan birində keçirəcək.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.
Müstəqillik tərəfdarlarının Müluzdakı təcridxanaya yerləşdiriləcəyi bildirilib. Yeni Kaledoniya Konqresinin katibliyinin direktoru, xanım Frederik Muliava isə istintaq müddətini Klermon-Ferrandakı həbsxanada keçirəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]