Yeni il gecəsi minlərlə Bakı sakini “Uber” xidmətindən yararlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeni il gecəsi minlərlə Bakı sakini “Uber” xidmətindən yararlanıb

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını paylaşıb.

Şirkətdən verilən məlumata görə, yeni il gecəsində gedişlərə tələb yüksək olub. Belə ki, sifarişlərin sayı bir neçə minə çatsa da, sistem bütün sifarişlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Bununla yanaşı, şəhər üzrə avtomobilin sifarişçiyə çatdırılma vaxtı beş dəqiqəni ötməyib.

“Bir sıra istifadəçilər “Uber” xidmətinə yeni il gecəsinin ən mühüm məqamını– 2017-ci ilin ilk dəqiqələrini ailə və yaxınlarınəhatəsində keçirmək imkanını etibar ediblər: yüzlərləinsan gecə yarısına bir neçə dəqiqə qalmış “Uber”avtomobillərindən enirdilər”, – deyə şirkətdən daxil olan məlumatda qeyd olunub. İstifadəçilər həmçinin gedişmarşrutu haqda məlumatı, təqribi çatma vaxtını qohum və dostlarla paylaşıb, gediş haqqını öz yoldaşları və yaxınları ilə bölüşərək yeni il gecəsi xərclərinə qənaət ediblər.

2017-ci il başlayandan sonra da Bakı sakinləri yeni ili qeyd etməyə davam ediblər.Qeyd edək ki, ən fəal istifadəçilər bayram gecəsi ərzində 7 gediş ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top