MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bag-evi

Yay fəslinin yaxınlaşması bağ evlərinin qiymətini artırıb

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov  mart ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 1,25% bahalaşdığını bildirib.

Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 971 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı gözlənilən idi.

 N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur. Belə ki, fərdi yaşayış və bağ evlərin kirayə qiymətləri +3,58% artıb. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

Mənbə: Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top