MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

OPEC

Yaxın üç ayda OPEC-in növbəti görüşü keçirilə bilər

Cari ilin birinci rübündə Neft İxrac edən ölkələr təşkilatına (OPEC) üzv olan ölkələrin növbəti görüşü keçirilə bilər.
APA-nın “Noticias24” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra deyib.
“Biz növbəti razılaşmaya doğru irəliləyirik və buna nail olacağıq. Güman edirəm ki, 2017-ci ildə neft bazarında sabitlik bərpa olunacaq”, deyə N.Maduro bildirib.
Noyabrın 30-da OPEC-ə üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın bu ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Dekabrın 10-da isə OPEC-ə üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barrel azaltmaq barədə razılığa gəliblər. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top