
YAXIN 3 İLDƏ NEFT QİYMƏTLƏRİ 60-70 DOLLAR/BAREL OLACAQ
Yaxın 3 il ərzində dünya bazarında neftin qiyməti 60-70 dollar/barel diapazonundan çıxmayacaq. Bu proqnoz “McKinsey” konsaltinq şirkətinin “McKinsey Energy İnsights” (MEI) energetika sektoru üzrə ekspert bölməsi tərəfindən hazırlanan neft bazarında tələb və təklif perspektivləri hesabatında verilib. Hesabatda qeyd olunub ki, baza proqnoza görə, neftin qiyməti 2030-cu ilə qədər isə 65-75 dollar/barel diapazonuna keçəcək. Həmçinin bildirilir ki, neft hasil edən ölkələrin hasilatı azaltması yaxın aylarda neft bazarına tarazlıq gətirəcək.
MEI-ya görə, ABŞ şist neft hasilatını artırmağa davam edəcək. Bununla yanaşı investisiyaların azalması ABŞ-da bu günədək istismara verilən quyularda hasilatın aşağı düşməsinə səbəb olacaq. Bu da öz növbəsində neft bazarında təklifi azaldacaq.
Hesabata əsasən, neft qiymətlərinin daha da artmasına mane olan amil qlobal ÜDM-in artım sürətinin yavaşlaması olacaq. Belə ki, proqnozlara görə, qlobal ÜDM artımının 2,5-2,7%-ə qədər azalması gözlənilir.
MEI həmçinin hesabatında qeyd edib ki, ABŞ-da yeni istismara verilən quyularda modern texnologiyalardan istifadə edilməsi hasilatın maya dəyərini daha 15-20% azaldacaq. Nəticədə, ABŞ və OPEC neft hasilatını artırmağa davam edəcək. Proqnozlar onu göstərir ki, 2030-cu ilə qədər neft sektoru tələbi təmin etmək üçün hasilatı gündəlik 35 mln. barel artırmalıdır. Bu da yaxın 5 ildə sektora 1,6 trln. dollar vəsaitin qoyulmasını zəruri edir.
Report.az
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]