MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

lift

Yaşayış binalarında liftlərə dair yeni tələblər müəyyən edilir

Azərbaycanda yaşayış binalarında liftlərə dair yeni tələblər müəyyən edilir.

“İki sahil” xəbər verir ki, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Yaşayış binasında liftlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməlidir. Mərtəbələrdə mənzillərin ümumi sahəsindən aslı olaraq müxtəlif mərtəbəli yaşayış binalarının liftlə təchizatı üçün lazım olan sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər əlavə 1-də verilir.

Liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır:

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən;

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında- 2,1 m-dən .

Liftlər iki sıra üz-üzə yerləşdiyi halda, liftin qarşısındakı meydançanın eni ən azı aşağıda göstərilənlər qədər olmalıdır:

– kabinəsinin dərinliyi 2100 mm-dən az olan liftlər qurulduqda – 1,8 m ;

– kabinəsinin dərinliyi 2100 mm və daha çox olan liftlər qurulduqda- 2,5 m.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top