Yaşar Güler: Ankara Suriya və İraqda “təhlükəsizlik zonası” yaratmağa hazırdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yaşar Güler: Ankara Suriya və İraqda “təhlükəsizlik zonası” yaratmağa hazırdır

Ankara, 11 iyul, AZƏRTAC

Türkiyə cənub sərhədlərində yerləşən Suriyada və İraqda “təhlükəsizlik zonası” yaratmaq əzmindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Politico” nəşrinə müsahibəsində bildirib.

“Biz İraq və Suriyanın 30-40 kilometr daxilinə doğru əraziləri terrorçulardan təmizləməyə hazırıq. Türkiyə silahlı qüvvələrinin (SQ) əməliyyatları son yaraqlının zərərsizləşdirilməsi prosesinə qədər davam edəcək”.

Ankaranın NATO-nun proqram və missiyalarında iştirakı məsələsinə toxunan müdafiə naziri Şimali Atlantika Alyansını “ən effektiv təhlükəsizlik çətir” adlandırıb.

Y.Güler qeyd edib ki, ayrı-ayrı Avropa dövlətlərinin NATO-ya alternativ yaratmaq cəhdləri Ankara tərəfindən dəstəklənmir. “Biz Avropanın öz təhlükəsizliyini artırmaq istəyini başa düşürük, lakin hesab edirik ki, yeni “müdafiə meydançasının” yaradılmasına ehtiyac yoxdur”, – deyə nazir qeyd edib.

O, həmçinin Ankaranın NATO-ya üzvlüyünün tənqid edilməsini absurd adlandırıb: “Hazırda alyansda 32 dövlət təmsil olunur. Onların mövqelərində ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqlarının olması tamamilə təbiidir”.

Ukraynadakı vəziyyəti şərh edən Y.Güler, Ankaranın bu ölkədə qan tökülməsinə son qoymaq üçün vasitəçilik səylərinə diqqət çəkib.

O vurğulayıb ki, Türkiyə Qara dəniz regionunun “strateji qarşıdurma zonasına” çevrilməsinə imkan verməyəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top