MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

haker

Yaponiyada hakerlər 6,3 mln. dollar dəyərində kriptovalyuta oğurlayıblar

Naməlum hakerlər 2017-ci il ərzində Yaponiyada 6,3 mln. dollar həcmində kriptovalyuta oğurlayıblar.

Ötən il ölkədə hakerlər tərəfindən kompyuter sistemlərinin sındırılması vasitəsilə kriptovalyuta oğurlanması ilə bağlı 149 fakt qeydə alınıb.

Məlumata görə, bütün hallarda bu, birbaşa virtual pul kisəsinə daxil olmaqla törədilib.

Qeyd edək ki, dünyadakı ən böyük kriptovalyuta oğurluğunun (548 mln. dollar) üstü hələ də tam açılmamış qalıb. İlkin məlumatlara əsasən bu oğurluq Yaponiyanın “Coinchek” kriptovalyuta birjasında kompyuterlərə xüsusi virus göndərilməsi ilə törədilib. Hadisə 2018-ci ilin yanvar ayında baş verib. Araşdırma zamanı məlum olub ki, virus sistemə elektron poçta vasitəsilə göndərilib. Martın 12-də “Coinchek” birjası müştərilərinə kompensasiya ödəyib. Nəticədə, 260 min nəfər cəmi 437 mln. dollar həcmində kompensasiya alıb.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top