MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

şirkət

Yaponiyada böyük şirkətlərin işgüzar əhval-ruhiyyəsi son 11 ilin minimumuna enib

Cari ilin aprelindən iyununadək Yaponiyanın böyük şirkətlərində işgüzar əhval-ruhiyyə koronavirus pandemiyasına görə son 11 ilin minimumuna enib.

Qeyd edilən nəticə, hökumətin keçirdiyi sorğuya əsasən məlum olub.

Yaponiya Maliyyə Nazirliyinin ölkənin Nazirlər Kabineti ilə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, 1 milyard yen (9,3 milyon dollar) həcmində kapitala malik olan şirkətlərdə etimad indeksi əvvəlki rübdəki minus 10,1 səviyyəsindən minus 47,6 səviyyəsinə düşüb. Enmənin fasiləsiz olaraq son üç rübdə davam etdiyi qeyd edilir.

2018-ci ildə “Lehman Brothers Holdings Inc.” şirkətinin çökməsi nəticəsində baş verən dünya maliyyə böhranı səbəbindən bu indeksin 2009-cu ilin birinci rübündəki minus 51,3 səviyyəsinə düşməsindən sonra bunun ən aşağı hədd olduğu bildirilir.

Qeyd edək ki, həmin indeks irəliləyişin müşahidə edildiyi şirkətlərə aid faizdən vəziyyətin pisləşməsi barədə məlumat verən şirkətlərlə bağlı faizin çıxılması yolu ilə hesablanır. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top