
Yaponiya Parlamentinin iqtisadiyyat, ticarət və sənaye üzrə vitse-spikeri Daisaku Hiraki Azərbaycana gələcək
“Economic” xəbər verir ki, Daisaku Hiraki mayın 30-31-də Bakıda keçiriləcək Beynəlxalq “Caspian Oil and Gas” konfransında iştirak edəcək. O “Caspian Oil and Gas” konfransının “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında məruzəçi qismində çıxış edəcək. Plenar sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin və başqalarının məruzələri dinləniləcək.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb. “ADY Konteyner” MMC-dən […]