MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Yaponiya

Yaponiya ABŞ tərəfindən metallara rüsumların tətbiqini yolverilməz hesab edir

Yaponiya ABŞ tərəfindən polad və alüminiuma qoyulan rüsumları yolverilməz hesab edir və onların tətbiqinin qanuniliyi ilə bağlı Dünya Ticarət Təşkilatına (DTT) müraciət edə bilər.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso iyunun 1-də Kanada da G7 ölkələrinin maliyyə idarələrinin və Mərkəzi banklarının rəhbərlərinin toplantısındakı çıxışında deyib.

T.Asonun sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Poladın və digər metalların ixracına qoyulan məhdudiyyətlər yolverilməzdir. Birtərəfli qaydada proteksionizmlə məşğul olan ölkələr bundan heç bir fayda əldə etməyəcəklər”.

Jurnalistlərin rüsumların tətbiqi ilə bağlı məsələnin Yaponiya tərəfindən DTT vasitəsilə həllinin mümkünlüyü barədə sualını cavablandıran T.Aso bildirib ki, hazırda bununla bağlı yekun qərar qəbul edilməyib, lakin həmin variantın mümkünlüyü araşdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top