
“YAP K-2016” adlı kartinq yarışı keçirilib
İyunun 17-19-da Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışı keçirilib.
Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik. İyirmi ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran-pri olan Bakı Avropa Qran-prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya İrs Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər.
YAP təşkilatlarının Gənclər Birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.
Yarışda birinci yeri YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tutub.
economic.az
BƏNZƏR MƏQALƏLƏR
“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olunub.
“F1News” nəşrinə istinadən xəbər verir ki, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq […]
“Retro Mobil 2017” avtomobil sərgisində Azərbaycanın “Formula 1”in təşkilindəki uğurları vurğulanıb
“Ötən il Bakıda keçirilən “Formula-1” yarışları üzrə Avropa Qran Prisi mükəmməl təşkil edilmişdi. İlk dəfə […]
Formula-1 Azərbaycan Qran-prisinə media nümayəndələrinin qeydiyyatı fevralın 20-də başlayacaq
Fevralın 20-də Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək. Bu sözləri müsahibəsində “Bakı Şəhər […]