Yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 1,4 milyard dollar dəyərində yük daşınıb
Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 155 min 79 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 473 milyon 809 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, altı ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 12 min 345 ton yükün dəyəri 368 milyon 439 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 2 milyon 142 min 734 ton, dəyəri isə 1 milyard 105 milyon 370 min ABŞ dollarıdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]