Yanvar-apreldə ölkədə 22969,0 milyon manatlıq ÜDM istehsal edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yanvar-apreldə ölkədə 22969,0 milyon manatlıq ÜDM istehsal edilib

2018-ci ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 22969,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 0,1 faiz azalıb.

Əlavə dəyərin 48,4 faizi sənaye, 9,8 faizi ticarət, 6,9 faizi tikinti, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top