MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Avropa Yeniyetmələrinin Olimpiya Festivalı

Yanes Kosiyançiç: “Azərbaycan Avropa Oyunlarında yenilik edib”

2019-cu ildə Bakıda Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək. Ölkəmizə səfəri çərçivəsində mətbuat konfransı keçirən Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Yanes Kosiyançiç bu barədə məlumat verib. O, Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini və Belarusun ölkəmizin bu təcrübəsindən yararlanacağına inandığını da bildirib.

Milli Olimpiya Komitəsində Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin hazırkı icraçı prezidenti Yanes Kosiyançiç ilə mətbuat konfransı təşkil olunub.  Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibi Ağacan Əbiyev və jurnalistlər iştirak ediblər. Yanes Kosiyançiç Azərbaycana səfərdən məmnun olduğunu və böyük tədbirlərin ölkədə keçirilməsinin gələcəyə investisiya olduğunu bildirib.

Avropa Oyunları və möhtəşəm Formula 1 yarışından sonra burada olmaq böyük şərəfdir. Biz həmişə Azərbaycanda böyük tədbirlərin keçirildiyini görmüşük. “Bakı 2015” Azərbaycanda çox möhtəşəm şəkildə keçirilib. Bu tədbirlər əhalinin – peşəkarlarla birlikdə gənc nəslin köməkliyi ilə keçirilib. Bu cür turnirlər ölkənizin gələcəyi üçün böyük investisiya təşkil edir. Azərbaycan Rio-2016-da yüksək nəticə əldə edərək 18 medal qazanıb. Bu isə ölkə tarixində ən yüksək nəticədir. Azərbaycanın gələcəkdə bundan artıq nəticə qazanacağınıza inanıram. II Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək. Belarusun bu işdə Azərbaycanın təcrübəsindən yararlanacağına inanırıq“.

Yanes Kosiyançiç Avropa Oyunlarının gələcəyi ilə bağlı da danışıb və qeyd edib ki, Azərbaycan Avropa Oyunlarında yenilik edib.

“Bunun Belarusda təkrarlanacağını demək mümkün deyil. Çünki Azərbaycan təşkilatçılığını yüksək səviyyədə ortada qoydu. Belarusda da Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinbə inanırıq. Bu yarışlar Tokio-2020 üçün nəzərdə tutulub. Bu da ölkələrin idman infrastrukturlarının yaxşılaşdırılması deməkdir. Avropa Oyunlarının gələcəkdə daha da populyarlaşacağına inanırıq. Hazırda 12-14 idman növü üzrə yarışların keçirilməsini qərara almışıq. Ancaq 26 idman növünün təmsil olunması üçün təkliflər var. Əsasən olimpiya idman növlərinə üstünlük verəcəyik”.

O, Avropa oyunlarının da gələcəyinə aydınlıq gətirib. “Artıq bir neçə ölkə III Avropa Oyunları üçün öz namizədliyini verib. Bu namizədlərin sayı artacaq və bu barədə daha sonra ətraflı məlumat veriləcək”, – deyə Avropa Olimpiya Komitələrinin rəsmisi bildirib. Kosiyançiç həmçinin 2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalının Azərbaycan paytaxtında keçiriləcəyini deyib. Onun sözlərinə görə,  festivalın 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə festivalın paytaxtımızda təşkili ilə bağlı müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək Avropa Olimpiya Komitələrinin növbəti iclasında imzalanacağını açıqlayıb.

Xatırladaq ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı 16-18 yaşlı idmançılar arasında təşkil olunur. Mətbuuat konfranslında media nümayəndələrinin sualları da cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top