Xocalı yenə də dünyanın diqqət mərkəzində – bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xocalı yenə də dünyanın diqqət mərkəzində – bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi

Xocalı yenə də dünyanın diqqət mərkəzində - bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi

Bakı, 03 iyun, AZƏRTAC

Otuz iki ildən sonra dünyanın diqqəti yenidən Azərbaycanın Xocalı şəhərinə yönəlib. Ancaq bu dəfə şəhid Xocalı yox, qəhrəman Xocalı kimi. Həm də abadlaşan, gözəlləşən, inkişaf, tərəqqi yolunda sürətə irəliləyən Xocalı kimi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Xocalı sakinlərinə tam bərpa edilmiş və yeni tikilmiş, hər cür infrastruktura malik evlərin açarlarını təqdim etdilər və onların bundan sonra öz ata-baba yurdlarında tam təhlükəsiz, əbədi yaşayacaqlarna əminliklərini bildiridilər. Hər bir soydaşımız üçün qürurverici, ermənilərə və onların havadarlarına isə göz dağı olan bu mərasimdə Xocalı şəhərinə köçmüş 24 ailəyə təzə mənzillərin açarları təqdim edildi. Bir neçə gün sonra isə respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 20 ailənin Xocalıya – isti ocaqlarına qayıtmaları təmin edildi. İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köç davam edəcək. Təkcə xocalılılar yox, yurd-yuvalarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinc və fərəhlə mərhələ-mərhələ doğma dədə-baba yurdlarına qayırdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında bir neçə gün əvvəl Xocalı sakinlərinə yeni mənzillərin açarlarının təqdimolunma mərasiminə münasibət bildirən siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.

O deyib ki, 32 ildən sonra isti ocaqlarına qayıdan soydaşlarımız sevinirlər ki, artıq “məcburi köçkün” kimi utancverici addan xilas oldular. Bu şad və xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqların bildirirlər. Təkcə keçmiş məcburi köçkün soydaşlarımızda yox, xalqımzda da dövlətimizin başçısının qətiyyətlə dediyi ”Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” sözləri tam rahatlıq və əminlik yaradıb. Artıq uşaqdan-böyüyə hamıya bəllidir ki, işğalçı Ermənistan bir daha torpaqlarımıza göz dikə bilməz. Çünki dünyanın 50 ən gücü ordusu sırasnda Azərbaycanın da yenilməz ordusunun adı var. Bu ordu işğalçıların torpaqlarımıza ayaq basmalarına imkan verməz. Ermənilər də dərk edirlər ki, indiki Azərbaycan 1992-ci ildəkindən qat-qat fərqlənir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyevin bu şəhərdə Azərbaycan Bayrağını qaldrması Xocalı faciəsi qurbanlarının qisasının alındığın bir daha nümayiş etdirdi. Bütn dünya da şahid oldu ki, Qarabağ Azərbaycandır!

Siyasi şərhçi birinci dəfə – 32 il əvvəl dünyanın nəzər-diqqətinin Azərbaycanın Xocalı şəhərinə yönəldiyi vaxtı xatırladaraq deyib ki, yəqin 1992-ci ildə erməni faşistlərinin Xocalıda törətdikləri qətliam yaddaşlardan silinməyib. Təbii ki, bu qanlı faciə soydaşlarımızın yaddaşından heç vaxt silinməyəcək. Hətta dünya ictimaiyyətinin nümayəndələri arasında da bu faciədən sarsılan humanist insanlar olmuşdu. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Məhz aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb və bununla əlaqədar 13 sənəd qəbul edib. Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.

Ə.Bədəlov deyib ki, bu gün hər birimiz şəhidlərimizin qanının yerdə qalmadığından qürur hisi keçiririk. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız bədnam düşmənin yeni işğalçılıq planlarına birdəfəlik son qoydu və xalqımızın tarixinə parlaq Qələbə yazaraq haqq-ədaləti bərpa etdi.Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir, onlara “Ruhunuz şad olsun, rahat uyuyun. Qanınz yerdə qalmadı, biz doğma yurdumuza-Xocalıya qayıdırıq” deyirlər.

“Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərində küçədə sakinlərlə sərbəst gəzmələri, səmimi söhbət etmələri, bərpa edilmiş evlərə baxmaları, şəhərin baş planı ilə tanış olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəltdi” –deyə siyasi şərhçi bildirib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top