MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

arıçılıq

Xızıda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri mövzusunda təlim-seminar keçirilib

“Xızı rayonunda arıçılar üçün təlim-seminarın keçirilməsi və arı məhsulları barədə kitab nəşri” layihəsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin elan etdiyi mini-qrant müsabiqəsinin qalibi olub. Layihə çərçivəsində yanvarın 12-də “Xızı rayonunda arıçılıq və arı məhsullarının inkişaf perspektivləri” mövzusunda təlim-seminar keçirilib.
İqtisadiyyat Nazirliyinin, Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Arıçılar Cəmiyyətinin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşlarının və rayonda arıçılıqla məşğul olan 20-dən çox sahibkarın iştirak etdiyi tədbirdə arıçılığın inkişaf perspektivləri və bu sahəyə dövlət dəstəyi barədə məlumat verilib, qablaşdırma və brendləşmənin bu sahədə əhəmiyyəti, sahibkarlarla Azərbaycan Arıçılar Cəmiyyəti arasında işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, müzakirələr aparılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top