MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

İNFOQRAFİKA

XARİCİ ÖLKƏLƏRƏ SƏYAHƏT ZAMANI NƏLƏR BİZİM ÜÇÜN DAHA ÖNƏMLİDİR?

ECONOMİC: Dünyada gedən kütləvi vaksinasiya prosesi artıq bir sıra ölkələr arasında uçuşların bərpasına şərait yaradıb. Yay aylarında insanların istirahət üçün xarici ölkələrə üz tutduğunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 3-7 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 781 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.

İlk suala maksimum 3 cavab seçmək imkanına malik olan respondentlərin 55,8%-ni xarici ölkələrə səyahət zamanı tarixi yerlər, 27,5%-ni muzeylər, 32,5%-ni müasir məkanlar, 27,4%-ni çimərliklər, 29,3%-ni alış veriş mərkəzləri, 29,3%-ni otel və restoranlar cəlb edir. Sualı cavablandıranların 36,1%-i üçün səyahət etdiyi ölkədəki əyləncə məkanları, 32,5%-i üçün isə ölkənin mətbəxi daha maraqlıdır. İştirakçıların 2%-i xarici ölkələrin cəlbedici olmadığını, 23,7%-ni isə digər ölkələrə səyahət etmədiyini bildirib.  

Cavab verənlərin 64%-i ölkə xaricində aktiv, 5%-i isə passiv istirahətə üstünlük verdiyini, 31%-i isə xarici ölkədə istirahət etmədiyini qeyd edib.

3 variant seçmək imkanına malik olan respondentlər “Hansı ölkəyə səyahət etmək istərdiniz?” sualına aşağıdakı kimi cavab verib:

ABŞ – 39,1%;

İtaliya – 47,5%;

İspaniya – 26,9%;

Fransa – 23,4%;

Birləşmiş Krallıq – 23,4%;

Türkiyə – 42,8%;

Çin – 41,9%;

Tailand – 13,1%;

Meksika – 8,3%;

Almaniya – 25,1%;

MDB ölkələri – 6,8%;

Avropanın digər ölkələri – 27,1%;

Amerikanın digər ölkələri – 6,9%;

Afrikanın digər ölkələri – 11,1%;

 Asiyanın digər ölkələri – 22%;

Xarici ölkəyə getmək istəmirəm – 2,8%.

Respondentlərin 29,2%-i səyahət edəcəyi ölkəni seçərkən görməli yerlərin çoxluq təşkil etməsinə, 23,9%-i ölkənin zəngin tarix və mədəniyyətə malik olmasına, 19%-i isə aktiv istirahət üçün əlverişliliyinə önəm verir. Gedəcəyi ölkəni iqlim şəraitinə əsasən seçənlər sorğu iştirakçılarının 3,6%-ni, səyahətin ucuz başa gəlməsinə çalışanlar və gəzintini buna əsasən planlaşdıranlar cavab verənlərin 17,2%-ni əhatə edib. Respondentlərin 4,2%-i səyahət zamanı digər səbəblərə önəm versə də, 2,9%-i səyahəti sevmədiyini bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top