Xaricdən mal-qaranın cins tərkibinin dəyişdirilməsi üçün damazlıq heyvanlar gətirilib. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xaricdən mal-qaranın cins tərkibinin dəyişdirilməsi üçün damazlıq heyvanlar gətirilib.

ECONOMİC.AZ: May ayının 12-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransa Respublikasının Azərbaycan Respublikasın- dakı səfirliyinin iqtisadi müşaviri Herve Sarnellinin rəhbərlik etdiyi Fransa şirkətlərinin nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq istiqamətlərinin, eləcə də ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda fransız şirkətlərinin iştirakı məsələsinin müzakirəsi olub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırdı.

Nazir müavini qeyd etdi ki, hal-hazırda Azərbaycanın kənd təsərrüfatı Avropanın ən müasir texnika və texnoloji avadanlıqları ilə təchiz olunub, eyni zamanda Fransadan və digər ölkələrdən heyvandarlıqda mal-qaranın cins tərkibinin dəyişdirilməsi üçün damazlıq heyvanlar gətirilib.

Nazir müavini İlham Quliyev ölkə başçısının kənd təsərrüfatının prioritet sahələri kimi pambıqçılıq, baramaçılq, tütünçülük və çayçılığın inkişafına xüsusi önəm verdiyini vurğuladı.

İlham Quliyev ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırdı. İxracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planının həyata keçirildiyini və son aylarda tərəvəz məhsullarının ixracının bir neçə dəfə artdığını diqqətə çatdırdı.

Herve Sarnelli iki ölkə arasında iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.

Sonda nümayəndə heyəti ilə maraq doğuran sahələr barədə fikir mübadiləsi aparılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top