MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

avto

Xaricdən Azərbaycana avtomobillərin çatdırılma qiyməti artıb

Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

Müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.

Daha ətraflı videomaterialda.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top