Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçildi. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçildi.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib. Bank sektorunda 1999-cu ildən çalışan X. Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

APA.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top