“WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə videoya baxacağıq – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə videoya baxacağıq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

Belə ki, artıq “Android” cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək”, – deyə ekspertlər bildiriblər.

Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.

Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.

Mənbə: WABetaInfo

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top