
WhatsApp-da daha bir yenilik
Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq
Məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.
Məlumata görə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. “Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki bu imkandan məhrumdur.
BƏNZƏR MƏQALƏLƏR
Mədə qıcqırmasını aradan qaldıran sadə üsul
İnsanları ən çox narahat edən sağlamlıq problemlərindən biri də mədə qıcqırmasıdır. Xüsusilə yağlı, turş, ya […]
İşlərimizi qısa zamanda effektiv şəkildə necə həll edə bilərik?
Biz elə bir həyatda yaşayırıq ki, bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün bir […]
Bir insan nə qədər uzun ömür yaşaya bilər?
Bu sualın cavabını tapmaq üçün,sizi 256 il ömür sürmüş Li Ching Yuenlə tanış edəcəm! Bu […]