MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Whatsapp Android və iOS-də 2 GB-a kimi faylların göndərilməsini test edir

Məşhur Whatsapp messencerinin istifadəçiləri hal hazırda bir-birilərinə yalnız 100 MB həcmində fayllar göndərə bilirlər. Lakin yaxın zamanda bu limit daha da yüksəldiləcək. Belə ki, məşhur messencerin beta versiyasının bəzi istifadəçiləri Android və iOS-də yüksək həcmli faylları göndərmək imkanını əldə ediblər. Verilmiş məlumata əsasən Argentinada yaşayan istifadəçilər Whatsapp daxilində 2 GB-a kimi olan faylları göndərmək imkanına sahib olublar. Məlumdur ki, söhbət, Whatsapp-ın Android üçün olan 2.22.8.5, 2.22.8.6, 2.22.8.7 və iOS üçün olan 22.7.0.76 nömrəli beta versiyalarından gedir. Sözügedən faydalı imkanın hələ test mərhələsində olduğuna görə onun hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top