MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

unnamed (1)

Vüqar Mikayılov: İnanırıq ki, məhsullarımız digər ölkələrə də ixrac ediləcəkdir

Economic.az-ın  növbəti müsahibi Marandi Wine Company zavodunun “İstehsal, satış və marketinq” üzrə direktoru vəzifəsində çalışan Prof. Dr. Vüqar Mikayılovdur.

Vüqar Mikayılov Şərabçılığın inkişafında öz töhfəsini verən şəxsiyyətlərdən biridir. Son günlər yeni brendlə sosial şəbəkələrdə onun yenilikləri ilə bağlı paylaşımlarına çox rast gəlirik.

Bu barədə daha ətraflı Vüqar müəllimin özündən eşidək.

Vüqar müəllim, öncə Sizi yeni işiniz münasibətilə təbrik edirik. Yenidən belə bir məsuliyyətli işi öz üzərinizə götürmüsünüz.

– Salam! Təbrikinizə görə sizə təşəkkür edirəm. Mən əvvəlki iş yerimdə artıq 8 ildir ki, işləyirdim. Burada elmi biliklərimi praktikaya yönləndirərək Azərbaycanda bir çox yeniliklərə imza atdım. Bu yeniliklər barədə mənim çoxlu çıxışlarım və məqalələrim olduğu üçün təkrarlamaq istəmirəm. Yaratdığım bütün bu yenilikləri təvazökarlıq edib, həmişə müəssisənin adıyla açıqlayırdım ki, bu yeniliklərin əksəriyyəti mənim elmi işlərim idi. Bəzi yeniliklərim  isə sənayeyə tətbiq xarakteri daşıyırdı. Bu tətbiqləri müəssisəmizdə həyata keçirmək üçün mənə şərait yaradan müəssisə rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm. Artıq məndə yenidən ölkəmizin gənc kadrlarının elmi potensialını artırmaq üçün eyni zamanda həm Universitetdə, həm də müəssisədə işləmək üçün bir uyğun yer axtarmaq həvəsi yarandı.  Bu mühiti Bakıya qayıtmaqda gördüm! Çünki, burada həm Universitet, həm də praktika üçün əlverişli şəraiti olan bir Şato tipli müəssisə “Marandi Wine Company” var idi.  Bu ilin Mart ayından   bu şirkətdə istehsal, satış və marketinq direktoru vəzifəsində çalışıram.  İnanıram ki, yaxın aylarda mənim burada işləməyim bütün respublikamızda hiss olunacaqdır.

Son günlər Marandi Vine company zavodu haqqında çox danışılır. Sanki şərab sahəsində bazarda yenidən canlanma yaranıb. Bu gedişat nə ilə bağlıdır? 

– “Marandi Wine Company” şirkəti kiçik bir Şato tipli müəssisə olsa da bütün müasir Avropa avadanlıqları ilə təchiz edilmişdir.  Bu gedişatın bağlılığı çox güman ki, mənim bu Şatoya gəlişimlə əlaqələndirilir. Çünki, bütün həmkarlarım bilir ki, mən eksperimentləri çox sevirəm və həmişə yeniliklər tərəfdarıyam. Müəssisədə Avropadan gətirilmiş 15 üzüm sortu əsasən də Fransa və İtaliya sortları əkilmişdir ki, bu  da yeniliklərə təkan verəcək. Bu sortlar Abşeron yarımadasının iqliminə uyğunlaşa bilən sortlardır. 

 Bunlardan ağ texniki üzüm sortları :

  1. VİOGNİER  (ətirlidir) -vətəni Fransanın Ron çayının vadiləri olub ağ şərabların hazırlanmasında istifadə olunur. 
  2. VERMENTİNO (ətirli) Aralıq dənizinin bütün qərb sahillərində yetişdirilir: Şimali – Qərbi İtaliyada, cənubi Fransada və Korsik və Sardini adalarında yetişdirilir. 
  3. ŞARDONE- Fransız üzüm sortu olub, hal hazırda bütün dünyada əkilir.
  4. SAUVİGNON BLANC –vətəni Fransanın Bordo vilayətidir. Dünyada ən çox yayılmış ağ üzüm sortlarından biridir.
  5. Rkasiteli- bu sort Qafqazın (Gürcüstan) aborigen sortudur. Azərbaycanda geniş yayılmışdır.

Qırmızı üzüm sortları:

  1. SYRAH-Fransız sortudur
  2. Cabernet-Sovignon- Fransız sortudur
  3. Sangiovese – İtaliya sortudur
  4. Merlot – Fransa sortudur
  5. Grenache
  6. Mourvedre
  7. Marselan  və s.

Üzüm bağlarına verilən quruluş aşağıdakı kimidir. Bu forma  “Kordon do Roya” adlanır. Bu formada olan üzüm bağının hektarından 5-6 ton üzüm almaq olur.  Miqdarın az olması keyfiyyətin yüksək olmasına gətirib çıxarır. İnanıram ki, biz gələcəkdə məhz bu üzümlərin və texnologiyanın sayəsində çox yüksək keyfiyyətli şərab satışına nail olacağıq.

Yəqin ki, öz işinizə, gücünüzə əminsiz. Çünki bazarda bilirik ki, bir çox zavodların məhsullarına regionun hər yerində rast gəlmək olar.

Rəqabətə davamlı məhsul çeşidləri və satış komandanız varmı?

İnanırıq ki, bir il ərzində “Marandi Wine Company” şirkəti öz sözünü deyə biləcək və ölkəmizdə ilk beşliyə daxil olacaq. Müəssisəmizin Bakıda yerləşməsi burada şərab turizmini daha çox inkişaf etdirməyə imkan verir. Məhz bu turizmdən çox nəticələr gözləyirik. Hal hazırda Azərbaycanda yeni firma mağazalarımızı açırıq ki, bu da inkişaf üçün bir təməldir.

Məhsullarınızın   ixracı barədə nə düşünürsünüz?

 –  Müəssisəmiz Şato tipli olduğundan hər sort üzümdən 1700-2000 dkl şərab istehsal edirik ki, bu şərablar da premium tipli şərablar olacaq. Məhsullarımız hal hazırda da Rusiyaya ixrac olunur. Yaxın gələcəkdə isə inanıram ki, digər ölkələrə də ixrac ediləcəkdir. 

Gələcək planlar haqqında qısa məlumat verərdiniz.

 – Artıq yaxın günlərdə “Marandi Wine Company” şirkətimiz konyak, viski, likyor, nar şərabları, sidr, kalvados və s. Məhsulların da istehsalına başlayacaq. Bütün bunlar da müəssisəmizin üşıqlı gələcəyinə şans yaradır.  İstərdim ki, müsahibəmizi zarafatyana bitirim. Atalarımızın belə bir məsəli var: “Cücəni payızda sayarlar.”

Müsahibə üçün təşəkkür edirik!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top