Vüqar Mikayılov: “Az-Qranata” MMC respublikamızın ən böyük vergi ödəyicilərindən biridir. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vüqar Mikayılov: “Az-Qranata” MMC respublikamızın ən böyük vergi ödəyicilərindən biridir.

Economic-in texnika elmləri doktoru Vüqar Mikayılov ilə olan müsahibəsi.

Vüqar Şahbaba oğlu Mikayılov 1965-ci ildə Ağsu rayonunun Gəgəli kəndində ziyalı ailəsində anadan olmuşdur.1971-ci ildə Ağsu şəhər 1 saylı orta məktəbə daxil olmuş 1980-ci ildə Bakı şəhəri Respublika 5 saylı kimya-biologiya təmayüllü internat məktəbinə əla qiymətlə qəbul olmudur. 1982-ci ildə artıq 10-dan artıq müxtəlif institutlarda keçirilən olimpiadaların qalibi olmuş və Azərbaycan Texnologiya İnstitutuna əla qiymətlə qəbul olmuşdur. Institutda oxuyarkən 70 sehifəlik “Üzümün emalı texnologiyası  ixtisası üzrə kurs və diplom layihəsində EHM-dan istifadə edilməsinə aid metodiki göstərişlər” kitabını çap etdirmişdir. 1989-cu ildə Azərbaycan Texnologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirərək Ağsu rayonu 2 saylı Üzüm Emalı Müəssisəsində təyinatla kiçik laborant və mikrobioloq vəzifələrində çalışmışdır.

1989-cu ildə  aspiranturaya  daxil olmuş,   1995-ci ildə “Maqaraç” ÜETÜ və Şİ-da  “Ferment pereparatlarının tətbiqi ilə Madera tipli şərabların istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

2001-ci ildən “Azərbaycan meyvə və giləmeyvə içkilərinin istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş və 2012-ci ildə müdafiə edərək “Sənaye texnologiyası” üzrə texnika elmləri doktoru adını almışdır.

2004-cü ildən Azərbaycan Kooperasiya Universitetində baş müəllim, dosent vəzifələrində çalışmış və hal – hazırda isə oranın professorudur. 80-dən artıq elmi əsərin, o cümlədən 4 ixtiraya patentin, 5 dərs vəsaitinin və 2 dərsliyin müəllifidir. 18 elmi əsəri xaricdə, o cümlədən Rusiya, Ukrayna, Moldova, Belorus, Gürcüstanın sahəyə dair nüfuzlu nəşrlərində dərc olunmuşdur.

2009-cu ildə Ukrayna və Rusiyada keçirilən Beynəlxalq müsabiqələrdə fərqlənmə diplomları ilə mükafatlandırılmışdır. 2010-cu ildə “Zolotoy qrifon 2010” Beynəlxalq müsabiqəsində “İlin ən yaxşı şərabçısı” diplomuna, 2012-ci ildə isə Ukraynada  “Qolitsin adına qızıl medala” layiq görülmüşdür.

2013-cü ildən “Az-Granata” MMC-nin alkoqollu içkilər sektorunun direktorudur. Burada işləyərkən bir çox yeniliklərə imza atmışdır; Azərbaycanda ilk dəfə sənaye üsulu ilə “Abqora”, Azərbaycanda ilk dəfə Şotlandiya texnologiyasına uyğun “Viski”, Azərbaycanda ilk dəfə alkoqolsuz şərab, Azərbaycanda ilk dəfə “Türk rakısı”, “Bolqar rakısı”, “Tomatlı vodka” istehsalını göstərmək olar.

Ailəlidir, dörd övladı var.

Uzun müddətdir ki, bu işlə məşğulsunuz. Bu müddətdə işiniz sizi yormurmu?

Məncə işini sevən insan heç vaxt sevdiyi işdən yorulmaz. Bəzi insanlar yorğunluğunu çıxartmaq üçün müxtəlif oyunlarla məşğul olurlar. Mən isə bu sahəyə dair dərsliklər və ya dərs vəsaitləri yazmaqla dincəlirəm. Bu peşəmi ailəm qədər sevirəm və belə düşünürənm ki, dünyanın ən dadlı, şirin peşəsi məhz şərabçı olmaqdır. Bu sənət yaradıcı sənətdir. Belə ki, eyni yerdən yığılmış eyni sort üzümdən eyni texnologiya ilə iki qab şərab hazırlasan da bu şərablar bir birindən həm dadına həm də ətrinə görə fərqlənəcəkdir.  İşdən sonra əlimizdə tutduğumuz bir badə şərab bizim bütün yorğunluğumuzu çıxardır və fərəhlənirik ki, bizim məhsullar insanlara sevinc və xoş əhval ruhiyyə verir.

İşinizin peşəkarı olmaqla həm də sosial şəbəkədə, mətbuatda aktivsiniz. Bu ictimai həvəsdirmi,yoxsa belə olmalıdırmı?

Hal hazırda həyatımızda deyərdim ki, televiziyadan da öndə sosial şəbəkə durur. Belə ki, zavodda işləməyimlə bərabər eyni zamanda 2004-cü ildən Azərbaycan Kooperasiya Universitetində professor vəzifəsində çalışmağımın sayəsində 100-lərlə tələbələrim hazırda “Qida sənayesində” çmalışırlar və onlar mənim aktiv izləyicilərimdirlər. Bununla yanaşı mən Azərbaycan Texnologiya Universitetinin məzunu olduğum üçün oranın müəllim- tələbə heyyəti isə sıx bağlılığım var ki, onlar da mənim yaradıcı insan olduğumu bildiklərindən sosial şəbəkədə daima məni izləyirlər. Azərbaycan Aqrar Universitetinin rektoru İbrəhim müəllimlə şəxsi dostluğumuz, oranın kafedra müdiri Hasil Fətəliyevin mənim elmi məsləhətçim olması bu Universitetlə də yaxınlığımı artırır.

Azərbaycan İqtisad Universitetinin Qida mühəndisləri ilə sıx münasibətdə olmağım və orada Dövlət İmtahan komissiyasının sədri seçilməyim, tələbələrlə xoş münasibətim artıq sosial şəbəkədə mənim dostlarımın sayının minlərlə olmasına gətirib çıxarır.

AzGranata MMC-nin deyərdim ki, bu günkü səviyyəyə çatmasında 10-20% rolu da məhz bu sosial şəbəkə vasitəsilə nail olmuşuq. Belə ki, burada tez -tez canlı yayımlara çıxmağımız, müəssisəmizə gələn turistlər barədə məlumat verməyimiz səhifəmin maraqlı olmasına səbəb olmuşdur.

Hazırda çalışdığınız müəssisəni istehsal baxımından ölkədə məqbul olunduğunu hesab edirsinizmi?   Şirkət ölkə iqtisadiyyatına nə kimi tövhələr və gəlir verib?

Səmimi danışmaq istəyirəm. Yeddi il bundan qabaq Azərbaycanda “Az-Granata” MMC vergi orqanlarından başqa demək olar ki, heç kimə tanış deyildi. Bizim müəssisə istehsal etdiyi şirənin adı olan “Vita1000” zavodu kimi tanınırdı. Alkoqol sektorunda isə tam əminliklə deyirəm ki, heç kim bu müəssisəni tanımırdı. Amma bu gün istəsək də, istəməsək də Azərbaycanın lider müəssisəsidir. Buna nail olmaq üçün biz nələr etdik? Məncə bu sualın açıqlaması hamımıza maraqlı olar. Zavod müxtəlif rayonlarda tanıtım aksiyaları keçirdi. Sosial şəbəkədə iştirakını gücləndirdi. Respublikamızda 80-ə qədər firma mağazaları açdı. Yeni məhsullar istehsal etməyə başladı. Nəticələr verən elmi-tədqiqat işləri apardı. Bütün bunlar “Az-Granata” MMC-ni insanlara tanıtdı. Son 7 il ərzində aşağıdakı yeniliklərə imza atdı:

  1. Azərbaycanda ilk dəfə sənayedə “Qora suyu” istehsalına başladı.
  2. Yeni texnologiya əsasında “Ağsu” nar şərabı istehsal etdi və bu şərab insanlar arasında populyarlaşdı.
  3. Şotlandiya texnologiyası əsasında Viski istehsalına başladı.
  4. Azərbaycanda ilk dəfə kolleksiya şərabları istehsal etdi.
  5. Azərbaycanda ilk dəfə təzə keçi südündən, gümüş suyundan istifadə etməklə vodkalar istehsal etdi ki, bu da xarici vodkalardan da yüksək keyfiyyətə malik oldu.
  6. Azərbaycanda ilk dəfə “Türk rakısı” istehsalına başladı
  7. Azərbaycanda ilk dəfə “Tomatlı vodka” istehsal etdi.
  8. Azərbaycanda ilk dəfə “Bolqar rakısı”istehsal etdi.

Təkcə vodkada edilən yeniliklər xaricdən Azərbaycana valyuta ilə gətirilən vodkaların miqdarının 30% azalmasına səbəb oldu.

Qora suyunun hazırlanması üzüm bağlarında kəsilib yerə atılan kal üzümlərdən istifadə etməklə Qora suyu istehsalına yol açdı.

Nardan yüksək keyfiyyətli nar şərabının hazırlanması artıq “Ağsu” nar çaxırını Azərbaycanımızın brendi etmişdir.

Bu gün “Az-Cranata” MMC respublikamızın ən böyük vergi ödəyicilərindən biridir.

Belə bir məsəl var: Bar verən ağac daima daşlanar. AzGranata haqqında da bir neçə dəfə mənfi fikirlər mətbuatda gedib. Bu kimi gedişatlara münasibətiniz necədir?

Bu məsəllə tamamilə razıyam. Xaricdə də belə bir məsəl var: Düz mismar məqsədə çatana qədər döyəclənər, əyilən mismar isə sərbəst buraxılır. Amma düz mismar məhz zərbələrin sayəsində taxtanın digər tərəfinə keçə bilir.

Müəssisəmiz media ilə dostluq edir. 2017-ci ildə media işçilərindən 65 nəfər müəssisəmizə dəvət edildi. Müəssisəmizlə tanışlıqdan sonra buradakı ab-hava əsasında 1 nəfər də olsun nə əleyhimizə məlumat yazdı, nə də ki, yazılan məlumatları paylaşdı. “Az-Granata”MMC nəinki Azərbaycanda prezidentimizin dediyi kimi, Cənubi Qafqaz regionunda ən böyuk zavoddur.

“Az-Granata” MMC-nin qapıları daima mətbuat işçilərinin üzünə açıqdır və istenilən vaxtda müəssisəmizi ziyarət edə bilərlər. O, ki qaldı əleyhimizə yazanlar son vaxtlar demək olar ki, yoxdur.

Özünüzü uğurlu hesab edirsinizmi? Gənclərə nə kimi tövhələr verərdiniz?

Həyat yollarıma baxdıqda özümü uğurlu sanıram. Orta məktəbi əla qiymətlə, institutu qırmızı diplomla, aspiranturanı əla qiymətlərlə başa vurmağım, elmin ən yüksək zirvəsinə texnika elmləri doktoru adına layiq görülməyim, Azərbaycan Kooperasiya Universitetinin professoru olmağım, regionun ən böyük müəssisəsi olan “Az-Granata” MMC-də alkoqol sektorunun direktoru olmağım uğur qazandığımı söyləməyə əsas verir.  Bu barədə buradan da daha geniş məlumat almaq olar.  https://www.youtube.com/watch?v=dZpDIWDdX2A&t=359s

Gənclərimizə mübariz olmağı arzu edirəm. Daima elmə doğru getməyi arzu edərdim. Mən institutda oxuyanda bütün dəftər və kitablarımda dahi Nizami Gəncəvinin bu iki misrası mənimlə idi:

Qüvvət elmdədir başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top