
Vüqar Bayramov: “Taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil”.
Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu bu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib.
İqtisadçı alim Vüqar Bayramov economic-ə bu barədə bildirib.
İqtisadçı alim bildirib ki, Vahid tarifə ehtiyac varmı? Əslində, vahid tarifin tətbiq eidlməsi bu sahədə rəqabəti gücləndirməyəcək, əksinə rəqabəti boğacaq. Əgər vahid qiymət olacaqsa o zaman həmin sektorda hansı rəqabət danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar? Liberal qiymət rəqabətin əsas özəyidr. Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyili müsbət addımlar atılıb. Nəticədə, bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünu son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tariff tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq.
Buna görə də, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar.
Economic.az
BƏNZƏR MƏQALƏLƏR
Baş Prokurorluqdan saxta “kəllə qənd” istehsalı edənlərlə bağlı – Açıqlama
“Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi […]
Məzuniyyət maaşı bu cür hesablanır – Müəllimlər nədə səhv edirlər?
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi […]
Azərbaycanda kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub? – ARAŞDIRMA
Pandemiyanın elektron ticarətə tələbatı artırması bir sıra kibercinayətkarlıq hallarına yol açıb. Bəziləri kompüter və informasiya […]