MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Vüqar Bayramov

Vüqar Bayramov: “Manatın bazar dəyərinin formalaşdığını demək mümkün deyil”.

Milli valyutamızın bazar tarazlığının tapılması bu gün daha çox müzakirə edildi və mənə də sosial şəbəkədə bununla bağlı xeyili suallar gəldi. Maraqlıdır ki, hələlik nə hökumət, nə də Mərkəzi Bank manatın bazar dəyərinin tam olaraq müəyyənləşdiyini bildirmədiyi halda, özəl bank sektorunda fərqli fikirlər var. Aydındır ki, hələlik manatın bazar dəyərinin formalaşdığını demək mümkün deyil. Belə görsənir ki, Mərkəzi Bank iyun ayınadək milli valyutanın bazar dəyərinin formalaşmasına nail olmağa çalışır. Mövcud şərtlər (manat bazası, neftin dünya bazar qiymətinin mövcud səviyyəsi, idxalın məhdudlaşdırılması və ya əvəzlənməsi və s.) qalarsa manatın yaxın müddətdə daha az intervallar ilə volatilliyinin olacağı gözlənilir. Amma istənilən milli valyuta bir gün bahalışıb və bir neçə gün sonra ucuzlaşa bilər. Və ya əksinə, dəyər itirən valyuta müəyyən müddət sonra bahalaşa bilər. Sadəcə, bir günun durumu ilə ümumi vəziyyəti qiymətləndirmək və proqnozlar vermək doğru olmazdı. Milli valyutanın məzənnəsinin dəyişməsinə daha strateji yanaşmaq lazımdır.

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top