
Vüqar Bayramov: CESD Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzidir
Yanvarın 26-da Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-ın Pensylvaniya Universiteti hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabatın təqdimatı keçirildi. Hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Economic-in məlumatına görə, sözügedən sənədin təqdimatı eyni zamanda beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təşkil edilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6700 beyin mərkəzi arasında sorğu keçirilmiş və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmədə Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. Qeyd edim ki, CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
Artıq CESD 8 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhvəsininsəviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
Təbii ki, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır. Bu ildə biz region ilə yanaşı qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacayıq.
Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin iyununda Sinqapurda təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.
Hesabatın tam mətni ilə Pensylvaniya Universitetinin internet səhifəsində tanış olmaq olar:
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]