![](http://economic.az/uploads/2024/06/1717805879623797471_1200x630.jpeg)
Viktor Orban “Pan-Qərb Transatlantik Sülh Koalisiyası”nın yaradılması planını açıqlayıb
Budapeşt, 8 iyun, AZƏRTAC
Macarıstan hökumətinin başçısı Viktor Orban bu il Ukraynada müharibəni dayandırmaq üçün “Pan-Qərb Transatlantik Sülh Koalisiyası”nın yaradılması planlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu, Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəldiyi və Ukraynaya hərbi yardımın əleyhdarlarının Avropa Parlamentinə və Avropa İttifaqı (Aİ) ölkələrində yerli seçkilərdə uğur qazanacağı təqdirdə mümkün olacaq.
“Biz Amerikada prezident seçkilərinin keçiriləcəyi noyabr ayına qədər gözləməliyik. Əgər o vaxta qədər Rusiya-Ukrayna cəbhəsindəki arxa xətdə müharibə başlamasa, Donald Tramp qalib gəlsə və Avropa seçkiləri yaxşı nəticələnsə, biz Pan-Qərb Transatlantik Sülh Koalisiyası yarada və müharibəni dayandıra bilərik. Bu gün bu, sülh tərəfdarları üçün real ssenari kimi görünür”, – deyə Baş nazir bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]